Şamların sehri altında, açıq havada unudulmaz bir musiqi axşamına dəvətlisiniz!
19 avqust tarixində sizi Kapellhaus Yay Bağında keçiriləcək Türk Retro Gecəsinə dəvət edirik. Canlı ifada Türkiyənin ən sevilən və illərdir dillərdən düşməyən hitləri səslənəcək. Romantik atmosfer, yüzlərlə şamın işığı və açıq səma altında musiqinin yaratdığı duyğuları birlikdə yaşayacağıq.
Gecə boyunca Tarkan, Sezen Aksu, Kenan Doğulu, Sertab Erener, Levent Yüksel, Barış Manço, Ajda Pekkan və digər əfsanəvi türk sənətçilərinin ən məşhur mahnıları Candle Band tərəfindən canlı instrumental ifada təqdim olunacaq.