"Opera və moda. 7 gözəl"

Tədbir haqqında

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” adlı konsert keçiriləcək.
Konsertin repertuarı Azərbaycan bəstəkarlarının operaları, operettaları, romans və duetlərindəki ariyalarının dünya əsərləri ilə sintezi təşkil edəcək. Həmin gün Heydər Əliyev Mərkəzində dünyanın aparıcı opera səhnələri tərəfindən dəvət alan və ən böyük musiqi meydançalarında ifa edən vokalçılar -  Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Azərbaycanın Əməkdar artisti, “Helikon-opera” Moskva Musiqili Teatrının dəvət olunmuş solisti Elnarə Məmmədova, Rusiyanın “Bolşoy Teatr”ının solisti Jalə İsmayılova, Özbəkistanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Mariinsk Teatrının və İtaliyanın “La Skala” Opera Teatrının dəvət olunmuş solisti Şirin Mamatova, beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Sankt-Peterburq Dövlət Akademik Mariya Mariinsk Teatrının solistləri Yekaterina Sannikova və Yuliya Süleymanova, eyni zamanda qonaq qismində dəvət olunmuş Azərbaycanın Əməkdar artisti Ramil Qasımov çıxış edəcək.
İfaçıları dirijor Orxan Həşimov və “Qarabağ” orkestri müşayiət edəcək.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
"Opera və moda. 7 gözəl" "Opera və moda. 7 gözəl"

Məkan yeri