Filipp Kirkorov #Цвет Настроения

Tədbir haqqında

Bu payızda, 30 və 31 oktyabrda Rusiya şou-biznesinin kralı, Rusiyanın xalq artisti Filip Kirkorov Azərbaycanın paytaxtı Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

Yeni şounun özünəməxsus adı var “#Tsvet nastroyeniya” (#Əhvalın rəngi). 

Bir tərəfdən bu, Kirkorovun gördüyü əvvəlki işin məntiqi davamı olduğuna işarə edir, digər tərəfdən isə rus pop- musiqisi kralının yeni və gözlənilməz bir tərəfdən görünəcəyi aydındır.

Kral həmişə təəccübləndirməyi bacarıb. Filip Kirkorov əsas cərəyana çevrilməzdən çox-çox əvvəl “hayp” virtuozu idi.

 “Tsvet nastroyeniya siniy” ("Əhvalın rəngi göydür"), «Ибица» («İbitsa») və “Tsvet nastroyeniya çornıy” ("Əhvalın rəngi qaradır") kliplərinin  qalmaqallı üçlüyünün davamı olaraq müğənni hələ də təəccübləndirməyi bacarmağa qadir olduğunu yeni «Стеснение пропало» ("Utancaqlıq itdi") çarxı ilə bir daha sübut etdi.

Hər video cəmi bir sutka ərzində Youtube’un aparıcı mövqeyinə düşür və bir milyon baxış qazanır.

Hər şey keçənilki “Tsvet nastroyeniya siniy” ("Əhvalın rəngi göydür") klipin çox dəbli postironiya janrına qəfil hücumundan başladı.

Video çox baxımlı alındı: burada gənclərə zərif sataşma,  nəcib yumor və qeyri-adi rollarda çıxış edən rusiyalı məşhurlardan ibarət ulduz yağışı mövcuddur. Təəccüblü deyil ki, video Youtube-da 60 milyondan çox baxış yığıb.

Belə bir uğurun ardınca Kirkorov tamaşaçıları şok etməyə davam etdi bu dəfə çoxdankı dostu Nikolay Baskovla birlikdə. Və yenə də alındı: həm klipdə, həm də bu klipə görə xalq qarşısındakı üzrhaqlığında. "İbiza" adlı komik klip ilk gündə 1,5  milyon baxış qazandı və "Trenddə" nişanının birinci pilləsini tutdu. Klipin çəkilişində Sergey Şnurov, Qarik "Buldoq" Xarlamov, Valeri Leontyev, Andrey Malaxov iştirak etdilər.

Cəmi iki həftə sonra Filip Yeqor Krid ilə duetdə “Tsvet nastroyeniya çornıy” ("Əhvalın rəngi qaradır") adlı yeni hiti ilə partlatdı. İlk günlərdə mahnı bütün çartlarda digər mahnıları üstələdi və bu gün videoklipin Youtube-da 130 milyondan çox baxışı var.

Lakin Kirkorov çox yaxşı anlayır ki, bu kimi qalmaqallar yaradıcılıqda kifayyət etmir. O, ifa edəcəyi mahnılara çox diqqətlə yanaşır, yalnız hit olacaq mahnıları seçir.  Və xalq məhz onun mahnılarını seçir, pop-estrada kralını seçir.

Məhz buna görə Filip Kirokorov ənənəvi olaraq rus və beynəlxalq mükafatlarını yığır: mahnı və albomlar istisnasız olaraq bütün hit-paradlarda ən yüksək yerləri tutur.

Kirkorov həmişə canlı ifalara böyük üstünlük verir, fantastik şoular yaradır. Onun yeni #Цвет Настроения #Tsvetnastroyeniya proqramında unikal səhnə-transformer, fantastik liftlər, yüzlərlə geyim, yeni şou iştirakçılarının heyət üzvlərinin 80 üzvü, 3D qrafikalı ekranlar mövcuddur. Rus ifaçılarından heç biri əvvəllər belə bir şou etməmişdi. İndiyə qədər Kirkorovun bu şouda hazırladığı sürprizləri yalnız təxmin edə bilərsiniz, amma bir şey dəqiqdir: tamaşanın sonunda tamaşaçıların əhvalı parlaq olacaq!

Yaş məhdudiyyəti / Dil

6+
Filipp Kirkorov #Цвет Настроения Filipp Kirkorov #Цвет Настроения