Pianissimo

Tədbir haqqında

Solistlər Azərbaycan və xarici ölkələrdə dəfələrlə müsabiqə ,festivallarda, müxtəlif layihələrdə iştirak etmiş, Bakıda isə ilk dəfə olaraq duet ortağı qismində çıxış edəcəklər. Proqrama İ.S.Bax , A.Vivaldi, J.Bize, M.Ravel, Q.Qarayev və digər dünya şöhrətli bəstəkarların əsərləri daxildir.

 

Ülviyyə Kazımova Bakı Musiqi Akademiyasını  (2002) Əməkdar müəllim, professor Səidə Behbudovanın sinfini bitirməklə yanaşı, professorlar Arif Məlikov və Ceyhun Allahverdiyevdən bəstəkarlıq dərsləri alıb.

 "Musiqili anlar" , "Pyeslər" , violin və piano üçün 4 hissəli "Silsilə" - nin müəllifidir və 2022 - ci ildə fortepiano əsərlərindən ibarət not kitabı dərc olunub.

2012 - ci ildə Finlandiyada keçirilən Pianoçuların Beynəlxalq müsabiqəsində laureat, Ümumrusiya musiqi yaradıcılıq birliyinin keçirdiyi "Piano duet" nominasiyasında Gran pri mükafatına layiq görülüb.

Ülviyyə Kazımova Azərbaycan bəstəkarlarının bir çox əsərlərinin ilk ifaçısıdır və repertuarında nadir ifa olunan əsərlər yer alır.

 

Pianoçu , bəstəkar 2018 - ci ildə "Azərbaycan bəstəkarlarının iri həcmli fortepiano əsərlərinin ifaçılıq xüsusiyyətləri" adlı elmi işini müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

 

2022-ci ildən etibarən ifaları rəqəmsal platformalarda yer alır.

 

Fəqan Həsənli Bakı Musiqi Akademiyasının piano fakültəsini professor T. Seyidovun sinfini bitirmişdir. Bakıda keçirilən müsabiqədə Qran-pri mükafatına layiq görülmüşdür. Azərbaycan, Gürcüstan və Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrdə 1-ci yeri qazanmış, laureat adına layiq görülmüşdür. Gənclər mükafatı laureatıdır. 

Q.Qarayevin üçsəsli fuqasının, C.Qarayevin sonatasının ilk ifaçısıdır. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival, konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış etmişdir. 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünya şöhrətli  E.Bronfmanla birlikdə çıxış etmişdir. 

2022-ci ildə Macarıstanın Mendelson Kamera orkestri ilə həm pianoçu, həm də ilk dəfə olaraq dirijor kimi çıxış etmişdir. 2024-cü ildən ilk albomu işıq üzü görmüşdür.

 

Konsertə yarım saat öncə gəlməniz məsləhət görülür.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Pianissimo Pianissimo

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan