Ümumdünya piano günü: Bax, Şopen, Ravel

Tədbir haqqında

✨ 28 martda Bakının mərkəzində yerləşən Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında (Kirxa) keçiriləcək beynəlxalq Piano Day festivalının qeyd olunmasında bizimlə olun. Gəlin və  Carnegie Hall-dan Seoul Filarmoniyasına qədər səhnələri bəzəyən istedadlı, fərqlənən Azərbaycan pianoçusu Səidə Tağı-zadənin ifasında klassiklərin - Bax,Şopen,Ravel, möhtəşəm adların füsunkar birləşməsi ilə dolu konsertdən həzz alın.

Bu proqramda Səidə xanımın  dinləyiciləri Busoni tərəfindən işlənmiş Baxın möhtəşəm Çakonasından başlayaraq, Chopinin hissi dərinlikləri ilə onun heyranedici "Balladalar Dövrü"nə, Ravelin incə Sonatinası. Bu proqram yalnız Səidə xanımın texniki ustalığını nümayiş etdirməklə kifayətlənmir, həm də musiqi əsərlərinin emosional spektrini dərin şəkildə ifadə etmə qabiliyyətini göstərir, unudulmaz təəssüratlar yaradır.

Piano Günü 2015-ci ildə Alman bəstəkarı Nils Frahm tərəfindən qurulan eyni fikirlərə sahib bir qrup tərəfindən təsis edilmiş illik beynəlxalq piano musiqisi bayramıdır. O, ilin hər 88-ci günü - pianonun düymələrinin sayına uyğun olaraq dünyanın hər yerində keçirilir.

Festivalın məqsədi pianoya aid layihələr üçün bir platforma yaratmaq, piano sənətinin əsrlər boyu təcrübəsinin təbliğini, inkişafını və mübadiləsini davam etdirməkdir. Piano Günü bütün piano sevənləri, iştirak edən şəhərlərdəki konsertlərə də’vət edir.

Nils Fram, bəstəkar, layihənin təşəbbüskarı:

— Dünyaya Piano Günü niyə lazımdır? Bir çox səbəbdən. Amma əsasən, pianoçuya və onunla əlaqədar olan hər kəsə: ifaçılara, bəstəkarlara, piano yaradıcılarına, akordçu və ən əhəmiyyətlisi, dinləyiciləri şərəfləndirmək üçün.

Martın sonunda dünyanın hər yerində müasir pianistlərin çıxışlarına əsaslanan müxtəlif tədbirlər keçiriləcək.

Sizi Bakıdakı Piano Günü festivalına də’vət  edirik - Səidə Tagi-zadə musiqi vasitəsilə qlobal mədəniyyətləri birləşdirir, müqayisəolunmaz istedad və dərin incəsənət görüşünü nümayiş etdirir. Toxunulmaz, həyəcan verici və heyrətamiz ifasını təqdim edəcək.

Möhtəşəm klassik musiqi, improvizasiyalar, geniş emosiyon və hisslər spektri.

Bu gözəl musiqi bayramı Bakının mədəni həyatının ayrılmaz hissəsi olacaq!

Konsertin idarə və təşkilat agentliyi RED EVENTS  & Distribution ltd, Böyük Britaniyada , Avropada, Rusiyada və digər ölkələrdə ,Azərbaycanın qədim malikənəlirində şam  işığında , damlarda , istixanalarda , planetariumlarda və digər ən atmosferli yerlərində möhtəşəm , mədəni tədbirlər təşkil edirlər. Həm də repertuarda video , səs məkanında tam immersion ilə şam işığı konsertləri və multimedia konsertləri də var. 

Saat 20:00 başlayır.

Ünvan : 28 may küçəsi, 41,Bakı

Yaş məhdudiyyəti / Dil

6+
Ümumdünya piano günü: Bax, Şopen, Ravel Ümumdünya piano günü: Bax, Şopen, Ravel