

Piano musiqi axşamı
Təsvir
🎹 “Piano Musiqi Axşam”
Azərbaycan musiqisinin iki görkəmli bəstəkarı – Şəfiqə Axundova və Aygün Səmədzadənin dillər əzbəri əsərləri bu axşam yalnız fortepianonun ecazkar sədaları ilə yenidən həyat qazanacaq.
Pianoçu Rüfət Quliyevin özünəməxsus ifasında sevilən mahnılar yeni caz çalarları, improvizələr və zərif piano interpretasiyası ilə təqdim olunacaq. Tanış melodiyaları fərqli ovqatda dinləmək, nostalji və müasir musiqinin vəhdətini hiss etmək istəyən hər kəsi bu xüsusi musiqi axşamına dəvət edirik.
✨ Canlı piano ifası
✨ Azərbaycanın sevilən melodiyaları
✨ Unudulmaz atmosfer
Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
