Ramiz Quliyev

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Bu musiqi gecəsi görkəmli sənətkar Ramiz Quliyevin milli musiqi sənətimizdə, xüsusilə tar ifaçılığı məktəbinin formalaşması və inkişafında oynadığı müstəsna rolun ehtiramla yad edilməsinə həsr olunur. Konsert proqramında muğam və Azərbaycan klassik musiqisinin seçmə nümunələri səsləndiriləcək.

Konsertdə solistlər və ifaçılar:

  • Nəzakət Teymurova (xanəndə)

  • Azər Zeynalov (tenor)

  • Ənvər Sadiqov (qarmon)

  • Ramil Qasımov (tenor)

  • Sahib Paşazadə (tar)

  • Emil Əfrasiyab (piano)

  • Təyyar Bayramov (xanəndə)

  • İlkin Əhmədov (xanəndə)

  • Elnur Zeynalov (xanəndə)

  • Ehtiram Hüseynov (xanəndə)

  • Səxavət Məmmədov (tar)

  • eləcə də gənc tarzənlər

Bu konsert Ramiz Quliyevin zəngin sənət irsinin yaşadılmasına, onun yaratdığı məktəbin bu gün də canlı və davamlı olduğunu nümayiş etdirən mühüm mənəvi və musiqi hadisəsidir.

Yaş məhdudiyyəti / Dil

6+
Ramiz Quliyev Ramiz Quliyev

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan