Romeo və Cülyetta - Barcelona Flamenco Baleti

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Barselona Flamenko Baleti özünün ən iddialı və inqilabi layihəsini təqdim edir — “Romeo və Cülyetta”. Bu yeni səhnə əsəri William Shakespeare-in ölməz əsərini yenidən şərh edərək sevgi və nifrət, ailə və fərdiyyət kimi əbədi mövzulara toxunur. Tamaşa klassik süjeti flamenkonun ehtirası, müasir rəqs elementləri və cazın zənginliyi vasitəsilə yenidən təqdim edir. Emosional dərinliyi və ənənələrə sədaqəti sayəsində bu bədii əsər baş qəhrəmanların iztirab və ehtirasını çatdırmaq üçün ideal vasitəyə çevrilir.

“Romeo və Cülyetta” faciəsi hisslərlə dolu iki gəncin alovlu sevgisindən bəhs edir. Onlar gitaraların sədaları altında düşmən ailələrinin ənənələrinə və sərt qanunlarına qarşı çıxırlar. Qılıncların sevginin gücü qarşısında sanki əridiyi bir dünyada onlar gizlicə evlənməyə qərar verirlər. Uzun mübarizə və ümidsizlikdən sonra isə ayrılmaqdansa ölümü seçirlər. Beləcə, onların hekayəsi bədbəxt aşiqərin simvoluna çevrilir, ölümləri isə uzun illər düşmənçilik edən iki ailəni barışdırır. Burada flamenko göz yaşları ilə əbədi sevgi arasında rəqs edir.

Montague və Capulet ailələrinin hekayəsi yeni ölçüdə təqdim olunur; burada hər bir rəqs hərəkəti insanın daxili və xarici konfliktlərinin metaforasına çevrilən qarşıdurmanın mürəkkəbliyini açır. Flamenko vasitəsilə rəqqaslar hissləri elə güclə və intensivliklə ifadə edirlər ki, sanki cazibə qanunlarını aşırlar, həm sevinc, həm də ağrını çatdırırlar. Müasir rəqs isə xoreoqrafiyaya yenilik və təravət gətirir.

Hər bir musiqi notu caz ritmləri və harmoniyalarını özünə hopduraraq janr sərhədlərini silən bir sintez yaradır. Musiqiçilər zəngin və müxtəlif instrumental müşayiət vasitəsilə nostalji melodiyalardan parlaq improvizasiyalara qədər bütün partituranı canlandırırlar. Bu improvizasiyalar qəhrəmanların yaşadığı qeyri-müəyyənlik və ehtirası əks etdirir. Musiqi və rəqsin birliyi valehedici atmosfer yaradır, improvizasiya isə əsərə orijinallıq və daim yenilənən təravət qazandırır.

“Romeo və Cülyetta” zaman və fiziki sərhədləri aşmağa çalışaraq tamaşaçılarla birbaşa qarşılıqlı əlaqə anlarını da özündə birləşdirir. Tamaşaçılar həm zalda, həm də səhnədə baş verən hadisələrin və emosiyaların aktiv iştirakçısına çevrilirlər. Bu yanaşma tamaşaçı ilə yaradıcılıq prosesi arasındakı məsafəni azaltmaqla yanaşı, təcrübəni daha müasir, şəxsi və dərin edir.

Kostyumlar və səhnə tərtibatı da tamaşanın bədii yeniliyinin vacib hissəsidir. Hər bir kostyum və dekor elementi personajların daxili və xarici konfliktlərini əks etdirmək üçün hazırlanıb. Fakturalar, rənglər və formalar vasitəsilə bütün əsəri əhatə edən sevgi və nifrət qarşıdurması vizual şəkildə təqdim olunur.

Barselona Flamenko Baleti klassik əsərləri flamenkonun zəngin və parlaq ənənələrinə uyğunlaşdıraraq və müxtəlif üslublar arasında unikal dialoq yaradaraq rəqs dünyasında əsl inqilab edib. Bunun parlaq nümunələrindən biri onun əvvəlki Carmen tamaşası olub. İndi isə “Romeo və Cülyetta” bu bədii kəşflər yolunu davam etdirməyi hədəfləyir.

Yaş məhdudiyyəti / Dil

6+
Romeo və Cülyetta - Barcelona Flamenco Baleti Romeo və Cülyetta - Barcelona Flamenco Baleti