RR DUO

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Renata Abubəkirova

Azərbaycan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestrinin birinci skripkası, beynəlxalq Neue Philharmonie München layihəsinin iştirakçısı. O, həm solist kimi, həm də aparıcı orkestrlərin tərkibində Fransada, Almaniyada, İtaliyada, Çində və digər ölkələrdə çıxış edib. Parlaq fərdiyyətə və incə musiqi zövqünə malik sənətçi, RR duetin həmtəsisçisidir. Klassik, neoklassik və müasir akademik musiqinin kəsişməsində proqramlar təqdim edir.

Rəna Rəhimova

Azərbaycan Respublikasının Əməkdar artisti.
Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin solisti.

Dünyanın müxtəlif səhnələrində solist kimi çıxış etmiş, bir çox beynəlxalq və birləşmiş orkestrlərin tərkibində iştirak etmişdir. Almaniya, İtaliya, Avstriya, Fransa, Yaponiya, İsveçrə, Çin və digər ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

Klassik, neoklassik və müasir akademik musiqinin qovşağında proqramlar təqdim edən RR Duo-nun həmtəsisçisidir.

Alətinin inanılmaz dərəcədə valehedici və sehrli səslənməsi ilə seçilən musiqiçidir.

Proqram:
* V. A. Motsart — Sinfonia Concertante
* J. Halvorsen— Passakaliya
* F. Şubert — “Meşə kralı”
* A. Pyatsolla — “Invierno Porteño”
* A. Pyatsolla — “Night Club 1960”

Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
RR DUO RR DUO

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan