

SABİ
Təsvir
Canlı musiqi, səhnə enerjisi və unudulmaz anlar — Sabi ilə bir gecədə!
Beynəlxalq Dreamfest musiqi festivalının rezidenti Sabi Avropa, Amerika və MDB ölkələrindəki çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun konsertləri dolu zallar, dinamik ifalar və canlı səslə yadda qalır.
Sizi musiqinin ritminə qoşulmağa və bu gecənin özəl ab-havasını Sabi ilə birlikdə yaşamağa dəvət edirik!
Gecə bununla bitmir — AFTER PARTY DJ TWST ilə davam edir!
Konsertdən sonra sizi beynəlxalq DJ yarışlarının qalibi DJ TWST-in iştirakı ilə möhtəşəm after party gözləyir!
DJ TWST-in nailiyyətləri:
-
Red Bull 3Style — 3 qat milli çempion (2012, 2013, 2014)
-
Supreme Beinz New York DJ Battle — Çempion (2018)
-
KardoWorld DJ Championship — Çempion (2025)
-
Official Music Group New York — 2018–2023-cü illərdə DJ fəaliyyəti
Güclü ritmlər, enerjili DJ setləri və unudulmaz əyləncə ilə dolu bir gecəyə hazır olun!
Sabi ilə canlı musiqinin zövqünü yaşayın, DJ TWST ilə gecənin ritmini zirvəyə çatdırın!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
