

Seabreeze Marina Sessions : Levi Kara
Tədbir haqqında
Levi Kara ilk dəfə Bakıda!
Amsterdamdan gələn, Latin House və Afro House səhnəsinin yüksələn simalarından biri olan Levi Kara ilk dəfə Sea Breeze Yacht Club səhnəsində çıxış edəcək.
Enerjili performansı, fərqli sound-u və ritmləri ilə qısa zamanda Avropanın diqqət çəkən DJ-lərindən birinə çevrilən Levi Kara, 11 iyul dəniz kənarında unudulmaz gecəyə imza atacaq.
Marina Sessions — dəniz, musiqi və premium həyat tərzini bir araya gətirən eksklüziv açıq hava musiqi tədbirləri seriyasıdır.
Layihə yaxta marinasının unikal atmosferində keçirilərək iştirakçılara gün batımından gecənin sonuna qədər dünya səviyyəli DJ performansları, yüksək keyfiyyətli səs və işıq şousu, xüsusi dekorasiya, gastronomiya və premium xidmət təcrübəsi təqdim edir.
Marina Sessions sadəcə bir tədbir deyil, şəhərin dinamik həyatını dənizlə birləşdirən, musiqi, əyləncə və networking-i eyni məkanda bir araya gətirən müasir lifestyle platformasıdır. Hər buraxılış fərqli konsept, beynəlxalq və yerli artistlər, seçilmiş auditoriya və yüksək səviyyəli təşkilatçılıq ilə fərqlənərək iştirakçılar üçün yaddaqalan təcrübə yaradır.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
