

Shahdag Winter Party
Təsvir
Bu mövsümün ən böyük festivalı minlərlə insanı Şahdağın qarlı dağlarında bir araya gətirəcək! Açıq səma altında musiqi, işıq və səhnə şouları Şahdağın qış mənzərələri ilə birləşəcək.
Festival boyunca sizi DJ setləri, xüsusi işıq effektləri, rəqs nömrələri və vizual şoular gözləyir. Gecənin ən diqqətçəkən anlarından biri qarlı dağlar fonunda təqdim olunacaq Fire Show olacaq. Festival üçün xüsusi hazırlanmış alov nömrələri gecəyə öz ab-havasını qatacaq.
Christaylor və Rash eksklüziv setləri ilə gecənin ritmini müəyyən edəcəklər. Musiqi, rəqs və qarlı dağlar arasında unudulmaz bir qış gecəsi üçün Şahdağda görüşək!
🧣 VACİB MƏLUMAT
Birgünlük festivalı Şahdağ–Qusar bölgəsində xizək istirahəti ilə birləşdirmək istəyirsinizsə, Şahdağ Hoteldə və ya yaxınlıqdakı otellərdə otağınızı əvvəlcədən rezervasiya etməyiniz tövsiyə olunur.
Havanın soyuq olması və qar yağması mümkündür. İsti geyim və hava şəraitinə uyğun ayaqqabı geyinməyi unutmayın!
🚍 TRANSFERLƏR
- 11:00 — Bakı → Şahdağ
- 21:00 — Şahdağ → Bakı
- 00:00 — Şahdağ → Bakı
📌 Təhlükəsizlik səbəbilə transferin marşrutu və saatları dəyişə bilər. Təşkilatçılar tədbirə 3–5 gün qalmış iştirakçılarla əlaqə saxlayacaqlar.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
