Sietldə Yatmayanlar

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Sietldə Yatmayanlar”
90-cı illərin əfsanəvi romantik komediyası

90-cı illərin ən sevilən romantik komediyalarından biri olan Sleepless in Seattle yalnız bu gün Azərbaycan dilində peşəkar və yüksək keyfiyyətli dublyajla tamaşaçıların görüşünə gəlir. Sevgi, təsadüflər, ümid və taleyin insan həyatındakı möcüzəvi rolundan bəhs edən bu ekran əsəri illərdir ki, dünya kinosevərlərinin qəlbində xüsusi yer tutur.

Bu xüsusi nümayiş kino, romantika və nostalji sevən hər kəs üçün unudulmaz bir axşam vəd edir. Klassik Hollivud romantikasını Azərbaycan dilinin ahəngi ilə yenidən kəşf etmək istəyən hər kəsi bu özəl tədbirə dəvət edirik.

“Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.”

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Sietldə Yatmayanlar Sietldə Yatmayanlar

Məkan yeri
Böyük Qala küçəsi