

SOLTO
Təsvir
“Jamaican Bam Bam” hitinin müəllifi SOLTO saat 17:00-da Şahdağ səhnəsinə çıxacaq!
Afro House və elektron musiqi səhnəsinin sevilən adlarından biri olan SOLTO “Jamaican Bam Bam” treki ilə beynəlxalq uğur qazanıb. Özünəməxsus ritmləri və enerjili DJ setləri ilə o, dünyanın müxtəlif səhnələrində musiqisevərləri bir araya gətirir.
SOLTO-nun musiqisini HUGEL, Black Coffee, Keinemusik, Pete Tong, Louie Vega və Mahmut Orhan kimi dünya səviyyəli DJ-lər dəstəkləyir.
Bu dəfə SOLTO həmin enerjini Şahdağın qarlı dağlarına gətirəcək. Möhtəşəm səhnə, güclü ritmlər və açıq səma altında unudulmaz qış gecəsi sizi gözləyir!
❄️ HAVA ŞƏRAİTİ
Tədbir zamanı havanın soyuq olması və qar yağması mümkündür. Rahatlığınız və təhlükəsizliyiniz üçün isti geyim və hava şəraitinə uyğun ayaqqabı geyinməyiniz tövsiyə olunur.
🚍 TRANSFER XİDMƏTLƏRİ
- 12:00 — Bakı → Şahdağ
- 20:00 — Şahdağ → Bakı
- 23:00 — Şahdağ → Bakı
📌 Təhlükəsizlik səbəbilə transferin marşrutu və saatları dəyişə bilər. Təşkilatçılar tədbirə 3–5 gün qalmış iştirakçılarla əlaqə saxlayaraq ətraflı məlumat verəcəklər.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
