Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bu qış musiqini zirvəyə aparırıq — 31 yanvar tarixində sizi dağların qoynunda unudulmaz bir festival gözləyir.
Tədbir Qəbələdə, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində baş tutur. Günorta saatlarından etibarən dağ havası, geniş panoramalar və House musiqinin müxtəlif üslublarında canlı performanslar bir araya gəlir. DJ setləri və qrupların çıxışları ilə ritm gün boyu sizi əhatə edəcək.
👉 Qatarla gedilən ilk və tək festival – Səyahət elə yolun özündən başlayır.
Keçən il böyük maraqla qarşılanan bu görüş, bu il daha geniş, daha güclü və daha yaddaqalan formatda qayıdır. Musiqi, təbiət və kollektiv enerji bir nöqtədə birləşir.
Festival ərazisində qonaqlar üçün rahat Chill Zone mövcuddur. Burada istirahət etmək, fasilə zamanı dincəlmək və gün boyu enerjini qorumaq üçün hər cür şərait yaradılıb. Tədbirin qidalanma infrastrukturu güclüdür — müxtəlif mətbəxləri əhatə edən dadlı yemək seçimləri, isti və soyuq içkilər, eləcə də fərqli zövqlərə uyğun menyular festival boyu qonaqların rahat və keyfiyyətli şəkildə qidalanmasını təmin edir.
Proqram:
DJ Pancho
DJ Juli
GR3Y Band
Transferlər tədbirin proqramına uyğun olaraq iki istiqamətdə təşkil olunur:
🚄 Qatarla Nəqliyyat (Qatar biletləri tükənmişdir )
• 06:00 – 10:30 Bakı (Bakı Dəmiryolu Vağzalı) → Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı)
• 10:30 – 11:00 Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı) → Tufandağ
• 18:00 – 18:30 Tufandağ → Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı)
• 19:00 – 23:30 Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı) → Bakı (Bakı Dəmiryolu Vağzalı)
🚌Avtobus nəqliyyatı:
• 06:30 – 11:00 Bakı (Gənclik m/s Atatürk Parkı parkinq) → Qəbələ (Tufandağ)
• 18:00 – 22:30 Qəbələ (Tufandağ) → Bakı (Gənclik m/s Atatürk Parkı parkinq)
Xüsusi qeyd:
* Kanat bileti tədbir ərazisinə yalnız 1 dəfə qalxmaq və 1 dəfə enmək üçün keçərlidir. Təkrar istifadə üçün əlavə kanat bileti əldə olunmalıdır.
* Qatara giriş yalnız “Tədbirə giriş + Qatar + Kanat” kateqoriyalı bilet almış şəxslər üçün mümkündür. Bilet təqdim edildikdən sonra minik təmin ediləcək, qatar 06:00 da yola düşəcəkdir. Gözləmə olmayacaqdır.

15 ₼-dan
15 ₼-dan
5 ₼-dan
Biletlər satılıb
10 ₼-dan
30 ₼-dan