24 dekabr Heydər Əliyev Sarayının səhnəsində klarnet-saksofon ifaçısı, dirijor, bəstəkar, Xalq Artisti Tofiq Əhmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə konsert keçiriləcək.
Yubiley gecəsində Tofiq Əhmədov yaradıcılığının bütün istiqamətləri əhatə olunacaq - onun həm məşhur əsərləri, həm də az tanınan bəstələri uzun illərdən sonra ilk dəfə səslənəcək.
Həmçinin, dahi bəstəkarlarımız Ü. Hacıbəyli, Niyazi, F. Əmirov, Q. Qarayev, T. Quliyev, R. Hacıyev və E. Sabitoğlunun sevimli əsərləri maraqlı aranjimanlarda estrada-simfonik orkestri tərəfindən təqdim olunacaq.
İştirak edirlər: R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrınım Estrada-simfonik orkestri, Xalq artistləri Ənvər Sadıqov (“Qaytağı” ansamblı), Salman Qəmbərov (“Bakustic Jazz” qrupu), Natəvan Şeyxova eləcə də tanınmış ifaçılar İlhamə Qasımova, Aynur İsgəndərli, Nigar Cəlilova, Rövşən Qəhrəmanov.