Türk Film Musiqiləri Axşamı. Şam işığında konsert. Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎

23 may axşamı Bakının ecazkar atmosferə malik Kamera və Orqan Musiqisi Zalı salonunda Candlelight Baku tərəfindən ilk dəfə Türk film və serial musiqilərinə həsr olunmuş unudulmaz bir gecə keçiriləcək. Minlərlə şam işığı altında türk kino və serial dünyasının ən sevilən melodiyaları canlı ifada səslənəcək.

Gecənin solisti istedadlı violonçelist Emil Qaliyev olacaq. Onun duyğulu ifası və şam işığının yaratdığı sehrli atmosfer tamaşaçılara romantika və nostalji dolu xüsusi bir axşam yaşadacaq.

Solist Qaliyev Emin — violonçelist, Bakı Musiqi Akademiyası məzunudur və konservatoriyanın dekanının tələbəsi olmuşdur. 2008-ci ildə MDB Orkestrinə dəvət alaraq öz ölkəsini Rusiyanın, Ukraynanın, Moldovanın və Belarusun böyük səhnələrində təmsil etmişdir. Həmçinin MDB ölkələri prezidentlərinin Sammitində iştirak etmişdir. Emin 15 il ərzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində fəaliyyət göstərmiş, bütün dövlət tədbirlərində çıxış etmiş və dünya səviyyəli bir çox məşhur sənətçilərlə eyni səhnəni paylaşmışdır. O, həmçinin 2016-cı ildə Türkiyədə keçirilən nüfuzlu müsabiqənin laureatı olmuş və gənc istedadlı artist kimi diplom və sertifikatla təltif edilmişdir.

Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Türk Film Musiqiləri Axşamı. Şam işığında konsert. Candlelight Baku Türk Film Musiqiləri Axşamı. Şam işığında konsert. Candlelight Baku

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan