Vaqif Mustafazadə “Anam. İçərişəhər. Xəzər...”

Tədbir haqqında

Vaqif Mustafazadə

“Anam. İçərişəhər. Xəzər...”

Dekabrın 16-da Heydər Əliyev Mərkəzində 20-ci əsrin tanınmış caz pianoçusu, “caz-muğam” üslubunun banisi, caz əfsanəsi Vaqif Mustafazadənin anım günü keçiriləcək.

Konsertdə Azərbaycanın məşhur ifaçıları, caz-muğam musiqisinin ulduzları iştirak edəcəklər.

Dünya cazının ulduzu Şahin Növrəslinin interpritasiyasında Vaqif Mustafazadənin “Bayati-Şiraz” kompozisiyası (əsəri, bəstəsi) Azərbaycanın Xalq artisti Alim Qasımovla Azərbaycan səhnəsində ilk dəfə duetdə səsləndirəcəklər.

Konserti caz-muğamın ulduzları davam edecəklər – Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyab (ABŞ), Azərbaycanın Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi altında “Baku Chamber Orchestra” müşayiəti ilə Mir Musa Seyidzadə. Azərbaycanın əməkdar artisti İsfar Sarabski, Etibar Əsədli (Fransa), Riad Məmmədov (Moskva), Azərbaycanın əməkdar artisti İskəndər Ələsgərov, Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, Elbəy Məmmədzadə, Nicat Aslanov, Elvin Bəşirov, beynəlxalq müsabiqələr laureatı, pianoçu Vurğun Vəkilov və Azərbaycanın xalq artisti Ənvər Sadıqov və  “Qaytağı” ansamblı.

Yaş məhdudiyyəti / Dil

6+
Vaqif Mustafazadə “Anam. İçərişəhər. Xəzər...” Vaqif Mustafazadə “Anam. İçərişəhər. Xəzər...”