Xətlər

Tədbir haqqında

Ən Yaxşı Tammetrajlı Sənədli Film

Film: Xətlər
Rejissor: Barbora Sliepková
Ölkə: Slovakiya
Uzunluq: 1:20:00
Dil: Slovak (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +12

Haqqında: Blanka 50 yaşlarında, tək yaşayan bir qadındır. Gənc və motivasiyalı fəal olan Matuş, marketinq bilikləri olmasa da, bələdiyyəyə müşavir olmağa ümid edir. Daşınmaz əmlak agenti Bratislava mənzilləri vasitəsilə xoşbəxt həyat anlayışı satır. İki yol işçisi yol cizgilərini rəngləyir, növbələri bitdikdən sonra otaqlarında pivə içir və şəhər sakinlərinin laqeydliyi barədə fikirləşirlər. Qeyri-adi musiqi bəstəkarı olan Danko şəhərin mərkəzində anası ilə təvazökar bir mənzildə yaşayır. O, uzun gəzintilər edir, şəhər səslərini dinləyir, ətrafındakı ritmi tutmağa çalışır. “Lines“ (“Xəttlər”) nümunəvi post-sosialist Bratislava şəhərində cərəyan edən vizual essedir, hekayə və müşahidələrin qarışığıdır; dinamik transformasiya yaşayan bir yerdir.

Yaş məhdudiyyəti / Dil

12+
Xətlər Xətlər