COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Xalq nağılı. “Qoğalın sərgüzəştləri” Səhnə redaksiyasının müəllifi: Pərvin Nurəliyeva Quruluşçu rejissor – Nicat Kazımov Əməkdar Artist Meşədə tənha qocalar qoğal bişirirlər. Qoğal onların arzuladıqları uşağa çevrilir. Amma sözə qulaq asmır, evdən qaçır ki, ağıl tapsın. Bu qaçış onu Ayı, Canavar, Tülkü kimi hiyləgər vəhşilərlə üz-üzə gəlməyə məcbur edir. Onun xilaskarı balaca Dovşan olur. Deməli, ağıl yaşda deyil, başdadır, bir də böyüyün sözünə baxmayan çox çətin sınaqlarla üz-üzə qalar. Balaca tamaşaçılar üçün hazırlanmış bu gözəl ideyalı tamaşa həm də rəngarəng geyimləri, gözəl rəqsləri və şirin mahnıları ilə diqqəti cəlb edir.