Buratino

Tədbir haqqında

"Buratino” (A.Rıbnikov, A.Tolstoy) nağıl-tamaşasının maraqlı süjet xətti var. 
Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir və həmin əşya birdən-birə danışmağa başlayır. Şıltaq, inadkar, bu uzunburun taxta  oğlanın adı Buratinodur.
O, atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri də var, məsələn,   macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağı və sadiq dost olmağı bacarır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməyi məsləhətlər görür. Lakin o, bütün məsləhətlərdən imtina edir.
 Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona "Əlifba" kitabı alır, düşünür ki, bəlkə onu məktəbə göndərə bilər. Lakin Buratino yolda kukla teatrının aktyorlarına rast gəlir və fikrini dəyişir. Karlo onun istəyini yerinə yetirərək teatra bilet alır.
 Beləliklə, Buratinonun həyatında yeni bir mərhələ başlayır, o, səyyar kukla teatrının daimi tamaşaçısına çevrilir...
Bəs daha sonra nələr olur? “Buratino”ya baxanlar bu sualın cavabını tapa biləcəklər.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov olan bu tamaşanın premyerası 9-10 mart 2019-cu il tarixlərində oynanılıb.

Yaş məhdudiyyəti / Dil

+3
Buratino Buratino