Dəcəl çəpişlər

Tədbir haqqında

3 yaşınadək uşaqlara valideyn müşayəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.

"Dəcəl çəpişlər" (Oqtay Zülfüqarov, Ramiz Heydər) tamaşası "Şəngülüm, Şüngülüm, Məngülüm" xalq nağılının əsasında hazırlanıb. 
 Tamaşanın süjet xəttində ana keçi və onun üç balasından, həm də keçinin balalarını yemək istəyən canavar və bu işdə ona kömək edən tülkü ilə çaqqaldan bəhs edilir.
Canavar tülkünün hiyləgər planı ilə çəpişlərdən ikisini yeyir. Bundan xəbər tutan ana keçi canavarı döyüşə çağırır. Döyüşdə qalib gələrək balalarını canavarın qarnından çıxarır. 
 Premyerası 16 may 2015-ci ildə oynanılan  bu tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Dəcəl çəpişlər Dəcəl çəpişlər

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan