DİSNEYLAND Festivalı musiqili şou-konsert proqramı yenidən Bakıda!
Xüsusi qeyd: Seansın başlamasına 30 dəqiqə qalmış festival ərazisinə gəlməyiniz tövsiyə olunur.
Disneyland musiqili şou-konsert proqramı haqqında:
Tədbir ərzində Ağcaqanad, Barbie, Anna və Elsa, Sonic, Spiderman, Batman, Thor, Superman və Unicorn şou və animasiya proqramları ilə çıxış edərək uşaqlar üçün Disneylandın sehrli ab-havasını yaradacaqlar.
Həmçinin günün xüsusi qəhrəmanları Tom və Jerry, LOL gəlincik, Sehrli Dovşan, Booba, Paw Patrol, Super Mario və Luigi festivala xüsusi rəng qatacaqlar.
Tədbir ərzində sizi və uşaqlarınızı sehrli və möcüzəli şoular — köpük şousu, şar şousu, sabun köpüyü şousu, müxtəlif musiqili şoular və fləşmoblar gözləyir.
Günün xüsusi qəhrəmanı Mr. ShowMan da interaktiv proqramı ilə festivala xüsusi rəng qatacaq.
Uşaqlarınızla birlikdə unudulmaz anlar yaşayacağınız bu festival üçün biletləri əldə etməyə tələsin!