Dünya Uşaq Günü

Tədbir haqqında

3 yaşınadək uşaqlara valideyn müşayəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.

20 noyabr - BMT Baş Assambleyası tərəfindən 1954-cü ildə elan edilmiş Ümumdünya Uşaqlar Günüdür.
 Məhz həmin gün Azərbaycan Uşaq Fondu bütün uşaqları və böyükləri parlaq ulduzlarımızın iştirak edəcəyi xeyriyyə konsertinə dəvət edir: Sevda Yahyayeva, Elza Seyidcahan, Elnarə Xəlilova, Zamiq Hüseynov, Rilaya, Ömər Bəbirli, “Bakı-Simfonietta”orkestri, "Renessans” uşaq xoru.
 Tədbir zamanı uşaq əsərlərindən ibarət sərgi, eləcə də hemofiliyadan əziyyət çəkən uşaqların yazdığı “Gənc yazarlar” kitabının təqdimatı və şarların paylanması olacaq!
 Biletlərin satışından əldə edilən bütün vəsait Azərbaycanda yardıma ehtiyacı olan uşaqlara sərf olunacaq.
Bizimlə unudulmaz bayram keçirin və xeyirxah əməl edin!

Yaş məhdudiyyəti / Dil

0+
Dünya Uşaq Günü Dünya Uşaq Günü