“Sehrli nəğmə" musiqili tamaşası hər bir insanın həyatında ən əsas bağlılıqdan biri olan ana və övladın bağlılığı haqqında bəhs edir. Tamaşanın baş qəhrəmanı olan oğlan böyümək istəmir. Özünə məlum olmayan hər şeydən qorxan və körpə beşiyində yatmağa davam etmək istəyən bu oğlanın gözünə əjdahalar görünür. Yuxusunda oğlan öz nağıl, qorxu və xəyallar aləminə düşür. Orada onu qeyri-adi görüşlər, çətin sınaqlar gözləyir. Ancaq oğlan hər şeyin öhdəsindən mütləq gələcək. Axı, o hətta yuxuda belə anasının onu öz sevgisi ilə isidən səsini eşidir. Ana laylası oğlanın möcüzəli yolunda bir bələdçiyə çevrilir.