
Maşa və Ayı "Yeni İl Tamaşası" - Zaqatala

Maşa və Ayı "Yeni İl Tamaşası" - Zaqatala
Təsvir
🎄 MAŞA VƏ AYI – YENİ İL TAMAŞASI
✨ Zaqatalada cəmi 1 gün!
Dünya şöhrətli "Maşa və Ayı" animasiya serialının yaradıcısı "Animaccord" şirkətinin rəsmi lisenziyası əsasında hazırlanmış möhtəşəm Yeni İl tamaşası ilk dəfə Zaqatalada nümayiş olunacaq.
Sevimli qəhrəmanlar, rəsmi lisenziyalı böyük kuklalar, möhtəşəm dekorasiyalar, sirk və illüziya nömrələri, musiqi, rəqslər və uşaqların birbaşa iştirak etdiyi interaktiv səhnələrlə bütün ailəni unudulmaz Yeni İl nağılı gözləyir.
🎁 XÜSUSİ TƏKLİF
👨👩👧👦 Ailə və qruplar üçün endirim
Endirim 15 və 20 AZN bilet kateqoriyalarına tətbiq olunur.
Endirimlər:
- 7 və daha çox bilet — 10% endirim
- 15 və daha çox bilet — 15% endirim + 2 pulsuz bilet
- 40 və daha çox bilet — 20% endirim + 4 pulsuz bilet
📍 TƏDBİR HAQQINDA
📍 Məkan: Zaqatala rayonu Mədəniyyət Mərkəzi
📅 Tarix: 28 dekabr 2026
🎟 Bilet qiymətləri: 10 / 15 / 20 AZN
👶 Tövsiyə olunan yaş: 0 +
⏱ Müddət: 70 dəqiqə (fasiləsiz)
🌐 DİL
Tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq.
🎟 Bilet alarkən seçdiyiniz seansın dilinə diqqət yetirməyinizi xahiş edirik.
🎭 TƏŞKİLATÇI
MGM Production artıq 17 ildən çoxdur ki, Azərbaycanda və xarici ölkələrdə rəsmi lisenziyalı ailə tamaşaları, uşaq şouları və beynəlxalq səhnə layihələrinin təşkilatçısıdır.
Şirkət peşəkar təşkilatçılığı, beynəlxalq əməkdaşlıqları və minlərlə tamaşaçının izlədiyi uğurlu layihələri ilə tanınır.
🎄 28 dekabr tarixində Zaqatalada keçiriləcək "Maşa və Ayı – Yeni İl Tamaşası" ilə övladlarınıza unudulmaz Yeni İl hədiyyə edin!
Qaydalar
🔹 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur (valideyn bileti olduğu halda, uşaq ayrıca yer tutmadan valideynin qucağında əyləşir).
