Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Sindbad”
Yaş həddi: 6+
Müəllif: Ərəb xalq nağılı (Səhnələşdirmə - Pərvin Nurəliyeva)
Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)
Baş rolların ifaçıları: Bəhram Əliheydər, Asya Atakişiyeva
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: 1 saat
Sindbad və dostları dəniz səyahətinə çıxır, müxtəlif əyalətlərdə olurlar. Onlar gah quldurlarla, gah da bir əyaləti susuz qoyan Təpəgözlə rastlaşırlar. Sindbadla dostları hər yerdə cəsurluq nümunəsi göstərib, bütün pisliklərin qarşısını alırlar . Sindbadın sözləri tamaşanın ideyasına çevrilir: “Mən axtardığım həqiqəti tapdım. Həqiqət budur ki, ehtiyacı olandan köməyini əsirgəmə, hər zaman yaxşılıq et ki, qarşına da yaxşılıq çıxsın.”
Maraqlı rəqs, döyüş elementləri, gözəl personaj geyimləri və şən musiqi ilə müşayiət olunan “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış “Sindbad ” tamaşasında gənc tamaşaçıların sevdikləri personajlar iştirak edirlər.

15 ₼-dan
10 ₼-dan
5 ₼-dan
7 ₼-dan
12 ₼-dan
15 ₼-dan