Mədinənin “Yaddaşa həkk olunan təsvir” fərdi sərgisi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet


BU TƏDBİR ÜÇÜN ALINMIŞ BİLETLƏR GERİ QAYTARILA VƏ DƏYİŞDİRİLƏ BİLMƏZ.

Azərbaycan Milli Xalça Muzeyində multidissiplinar rəssam Mədinənin “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisində rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən, yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında işlənmiş əsərləri nümayiş olunur.

Sərgi Mədinənin yaradıcılığında həssaslıqla daxili gücün vəhdətini, sağ qalmaq uğrunda mübarizənin insanı yenilənməyə aparan transformativ potensialını üzə çıxarır. Layihə çərçivəsində eyni obraz müxtəlif formalarda təcəssüm edir – rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir.

Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər – fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır.

Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur. Kompozisiyanın əsasını ustaların iş ritmi təşkil edir və bu ritm tamaşaçını ənənə ilə canlı təmas nöqtəsinə gətirir. Ekspozisiyanı Nose parfüm brendinin layihə üçün yaratdığı iki ətir tamamlayır. Bununla da sərgi yalnız vizual deyil, eyni zamanda eşitmə və qoxu duyğuları ilə qavranılır.

Muzeyin Ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır.

Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil edilib. Bu fakt layihənin institusional və mədəni əhəmiyyətini xüsusi vurğulayır.

Azərbaycan Milli Xalça Muzeyi tərəfindən .ART qlobal domeninin dəstəyi ilə təşkil olunan sərginin məqsədi ənənəvi tekstil irsi ilə multidissiplinar müasir incəsənət arasında dialoqun inkişafına töhfə verməkdir.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Mədinənin “Yaddaşa həkk olunan təsvir” fərdi sərgisi Mədinənin “Yaddaşa həkk olunan təsvir” fərdi sərgisi

Məkan yeri