“Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet


BU TƏDBİR ÜÇÜN ALINMIŞ BİLETLƏR GERİ QAYTARILA VƏ DƏYİŞDİRİLƏ BİLMƏZ.

Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisində Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin istiqlal ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri nümayiş olunur. Burada rəssamın 2025-ci ildə yaratdığı və hazırda İstanbulda Türkiyə İş Bankının binasında, M.K.Atatürkə həsr olunmuş salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərinin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də yer alır.

Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim edilir.

Ekspozisiyanı müəllifin Azərbaycan xalça sənətinin böyük ustadı, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yaratdığı portret və xalça mövzusunda tablolar tamamlayır.

 

 

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
“Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgi “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgi

Məkan yeri