Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi keçirilir.
Monteneqro Milli Muzeyinin “Müxtəlifliyin gözəlliyi” sərgisində fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat yer alır. Bunlara Qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar və s. aiddir. Onların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də yer alır.
Əsasən şəhər və kənd, xristian və müsəlman, həmçinin gündəlik və mərasim libasları kimi xarakterizə edilən geyimlər naxış elementlərinə, rənglərin harmoniyasına, biçiminə, formasına görə yüksək zövqlə hazırlanıb. Kişi geyimləri əsasən sadə, qadın geyimləri isə zəngin naxışlı və rəngarəngdir.
Məkan yeri
Mikayıl Useynov pr. 28, Bakı ş., Azərbaycan
Telefon: (+994 12) 497 20 16
Muzey kassasının iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-18:00
Şənbə – Bazar: 11:00-19:00
Ekspozisiyanın iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-19:00
Şənbə – Bazar: 11:00-20:00
İstirahət günü: Bazar ertəsi