Hər çiçəkdən bir ləçək

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində keçiriləcək “Hər çiçəkdən bir ləçək” adlı musiqili poeziya gecəsi tamaşaçıları söz və musiqinin vəhdətində unudulmaz bir axşama dəvət edir. Bu xüsusi proqramda insan ruhunun ən incə qatlarına toxunan, sevgi, həyat, xatirə və duyğularla zəngin seçilmiş şeirlər canlı musiqinin zərif müşayiəti ilə səsləndiriləcək.

“Hər çiçəkdən, bir ləçək” – fərqli hisslərin, müxtəlif ovqatların və incə duyğuların bir araya gəldiyi, hər kəsin özünə yaxın bir parçanı tapacağı poetik bir səyahətdir. Bu gecə, musiqi və sözün birləşdiyi sehrli anların şahidi olmaq istəyən hər kəs üçün nəzərdə tutulub.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Hər çiçəkdən bir ləçək Hər çiçəkdən bir ləçək