Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 13–14 iyun tarixlərində, Şamaxı şəhərinin Meysəri kəndində Azərbaycanda ikinci dəfə Beynəlxalq Barbekü Festivalı keçiriləcək.
Festival dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazların iştirakı ilə möhtəşəm barbekü nümayişlərini, unikal kulinariya şoularını və xüsusi proqramlar təqdim edəcək.
Festival çərçivəsində tamaşaçıları ən maraqlı proqramlardan biri — “Barbekü VS Manqal” kulinariya dueli gözləyir. Peşəkar barbekü ustaları Azərbaycan mətbəxinin məşhur kabab ustalarına qarşı öz bacarıqlarını nümayiş etdirəcək, xüsusi reseptlər və fərqli bişirmə texnikaları ilə festival qonaqlarına unudulmaz dad təcrübəsi yaşadacaqlar. Bu maraqlı kulinariya qarşıdurması festivalın ən həyəcanlı anlarından biri olacaq.
Həmçinin festival proqramında “Media Kuboku” adlı əyləncəli yarışma da yer alacaq. Bloqerlər və media nümayəndələri peşəkar şeflərlə birlikdə müxtəlif ət yeməkləri hazırlayaraq yarışacaq, hazırlanan təamlar isə peşəkar kulinariya münsifləri tərəfindən qiymətləndiriləcək.
Bu beynəlxalq tədbirin əsas məqsədi Azərbaycanın qonaqpərvərliyini, zəngin mətbəxini və milli-mədəni dəyərlərini dünyaya tanıtmaq, eyni zamanda müxtəlif ölkələr arasında mədəni və kulinariya mübadiləsini gücləndirməkdir. Festival qonaqlarını canlı musiqi proqramı, əyləncə zonaları, fərqli ölkələrin mətbəx nümunələri və unudulmaz festival atmosferi gözləyir.
Avtobus bileti almış qonaqlar üçün nəqliyyat Heydər Əliyev Mərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin "E" girişinin qarşısından saat 11:30-da yola düşəcək.
Şamaxıdan Bakıya geri reyslər:
•13 iyun — saat 20:00
•14 iyun — saat 20:00