Game Summit Winter 2023

Tədbir haqqında

Dekabr ayının 9-da Flame Towers-də (Fairmont Baku Hotel) həyəcanlı GameSummit Winter oyun tədbiri keçiriləcək. Bir günlük tədbir bir neçə əlaqəli sahələri birləşdirəcək - oyun, kiberidman, cosplay, K-pop, indie oyunlar, stolüstü rol oyunları, VR, Blockchain, NFT və digərləri.
Yerli qrupların rok konserti, K-pop rəqsləri, möhtəşəm işıq şousu, mükafatlar və hədiyyələr. Ümumi mükafat fondu 5.000 manat olacaq!
İyun ayının 11-də keçirilən ilk tədbirdə 3,5 mindən çox insan və 70-dən çox şirkət iştirak edib. GameSummit yerli oyunçular və kompüter mədəniyyətinin pərəstişkarları arasında böyük populyarlıq qazandı.
Dekabr ayının 9-da keçiriləcək GameSummit tədbiri daha da maraqlı hadisələr və əyləncələr gətirəcək. Bu unikal tədbirin bir hissəsi olmaq şansını qaçırmayın!

Bilete nə daxildir?

25 manat – standart bilet (tədbirdə iştirak, bütün tədbirlərdə pulsuz iştirak etmək imkanı - kiber idman turnirləri, cosplay, K-pop, VR və s. daxildir).
50 manat – Premium bilet (tədbirdə iştirak + rok qrupları və DJ ilə birlikdə afterparty daxildir).
100 manat – VIP bilet (tədbirdə iştirak, oyun konfransında iştirak (aparıcı sənaye peşəkarlarının 10-a yaxın çıxışı), 2 kofe-breyk və DJ, rok qrupları, spirtli içkilər və qəlyanaltılar ilə afterparty daxildir).

Qeyd!

13 yaşından kiçik şəxslər yalnız böyüklərin müşayiəti ilə tədbirə daxil olla bilərlər.

Afterparty 20:30 - 22:00-də başlanacaq.
Afterparty-ə giriş 18+.

Yaş məhdudiyyəti / Dil

13+
Game Summit Winter 2023 Game Summit Winter 2023