
Üzüm və Şərab Festivalı

Üzüm və Şərab Festivalı
Təsvir
Azərbaycanın zəngin şərab mədəniyyəti və Şamaxının qədim üzümçülük ənənələri bir festivalda!
Burada Azərbaycanın müxtəlif bölgələrindən yerli şərab istehsalçıları, şərab və üzüm məhsulları, master-klaslar, məşhur restoranların pavilyonları, interaktiv fəaliyyətlər və əyləncə məkanları təqdim olunacaq.
Tanınmış müğənnilərin iştirakı ilə canlı konsertlər, xüsusi tədbirlər və müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatacaq.Sizi Şamaxının unikal atmosferində ənənə, qastronomiya, yaradıcılıq və əyləncənin bir araya gəldiyi yaddaqalan festival təcrübəsi gözləyir!
Ziyarətçilərin rahat gediş-gəlişi üçün Bakı şəhərində, Heydər Əliyev Mərkəzinin yaxınlığından festival ərazisinə və geri transfer təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 11:30-da yola düşəcək.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet

