Mehmet  Zihni Sungur  - Cütlük Terapiyasında Koqnitiv-Davranış Yanaşma

Tədbir haqqında

Hər iki-üç evlilikdən biri boşanma ilə nəticələnir. Heç bilirdinizmi ki, ayrılanlar, boşananlar və həyat yoldaşlarını itirənlər arasında ölüm nisbəti orta göstəricidən üç dəfə yüksəkdir? Hətta boşananlar arasında ölüm yaşı orta ölüm səviyyəsindən aşağıdır. Bəs belə bir halda, niyə boşanmaların sayı getdikcə artır? Niyə bəzi evlilik münasibətləri gün keçdikcə zəifləyir, bəziləri isə get-gedə güclənir? Xoşbəxt evliliyin sirrini öyrənmək istərdinizmi?

Professor, psixiatriya üzrə elmlər doktoru, “Avropa Davranış Koqnitiv Terapiyalar Birliyi”-nin sədri,  mərkəzi ABŞ-da olan  “Beynəlxalq Koqnitiv Terapiyalar Birliyi”-nin prezidenti. “Avropa Seksologiya Federasiyası” tərəfindən “qızıl medal” ilə təltif edilən Mehmet Zihni Sungur “EMPAT Psixologiya Mərkəzi”-nin təşkilatçılığı ilə İyulun 9-da Bakıda, Nizami kino mərkəzində keçiriləcək seminarda Sizlərə xoşbəxt evliliklərin sirlərini açacaq!

Seminarın mövzuları
Bu seminarda Sizlərə xoşbəxt evlilik üçün lazım olan cinsi və şəxsi münasibət metodları öyrədiləcək.
Öyrənəcəyiniz mövzuların içinə qarşılıqlı müzakirə, sağlam ünsiyyət və ünsiyyətdən ortaya çıxan problemləri həll etmə metodları daxildir.
Həmçinin, bu seminar fərdi və birgə hədəfləri aydınlaşdırmağı və daha düzgün ünsiyyət qura bilmək üçün ər-arvadlar arasında bir-birinə zidd olan inanclara qarşı mübarizə aparmağı öyrədəcək.
Seminar praktiki bacarıqları təkmilləşdirmək üçün canlı videoçarxla yekunlaşacaq. Videoçarxda nümunə üçün hazırlanmış ər-arvad münasibətləri izlənəcək. Nümayiş müəyyən zamanlarda dayandırılacaq, izləyicilərə suallar verilərək canlı debat təşkil olunacaq. Qarşılıqlı müzakirə nəticəsində istənilən interaktivlik əldə olunacaq.

Mehmet Sungur kimdir?
Mehmet Sungur orta təhsilini Tarsus Amerikan Kollecində tamamlamış və 1982-ci ildə Hacettepe Universitetinin Tibb fakültəsindən məzun olmuşdur. 1985-ci ildə Avropa Şurası təqaüdünü qazanaraq İngiltərədə “Toplum Psixiatriyası” ve “Ruh sağlığı xidmətlərinin konfiqurasiyasında dəyişik modellər” mövzularında işləmişdir.
1986-88-ci illər arasında "British Council" təqaüdcüsü olaraq getdiyi və King's College-də mərkəzləşmiş olan London Psixiatriya İnstitutunda "davranış müalicələri" və "evlilik terapiyaları" və “qayğı pozğunluqları” sahələrində təhsil almışdır.
Mehmet Sungur 1992-ci ildə Psixiatriya üzrə Dosent və 2001-ci ildə Professor adına layiq görülmüşdür. Onlarca elmi kitab və məqalələrin müəllifidir.

“EMPAT Psixologiya Mərkəzi” haqqında
Əgər Siz emosional çətinliklərlə üzləşirsinizsə və ya psixoloji sağlamlığınız ilə əlaqəli qayğılarınız var isə, o zaman bilin ki, “EMPAT psixologiya mərkəzi”-ində yüksək səviyyəli mütəxəssislərimiz Sizə bir sıra problemləri idarə etmək və aradan qaldırmaqda kömək edə bilər. 

Kömək edə biləcəyimiz məsələlər:
Fərdi Terapiya 
Ailə və Cütlük Terapiyası
Uşaq və Yeniyetmə Terapiyası (qrup və fərdi şəkildə)
Cinsi Terapiya
Şema Terapiya
Geştalt Terapiya
EFT və TAT Terapiya
Həmçinin, bizim mərkəzimizdə şəxsi-inkişaf üçün nəzərdə tutulmuş bir sıra təlimlər keçirilir. Bu təlimlər haqqında ətraflı məlumat üçün bizim saytımızı ziyarət edə və ya aşağıda verilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. 
 Ünvan: Nizami küçəsi, 48 (Central Baku restoranı ilə üzbəüz)
 Əlaqə üçün:
 info@epm.az 
 50 227 04 40


Proqram:
11:00 - 12:30 – 1-ci hissə
12:30 - 13:00 – Çay süfrəsi
13:00 - 14:30 – 2-ci hissə
14:30 - 15:00 – Prof. Mehmet Sungur Bəyin kitabının təqdimatı
 
Tədbir iştirakçılarına prof. Mehmet Sungur bəyin imzası ilə “Eğitim ve çalışma grubuna katılması” barədə BELGE (sənəd) veriləcəkdir!

 ? 55 -130 AZN
 ? 09.07.2022
 ⏰ 11:00 - 15:00
 ? Nizami Kino Mərkəzi
 ☎️ +994 50 227 04 40

Yaş məhdudiyyəti / Dil

18+
Mehmet  Zihni Sungur  - Cütlük Terapiyasında Koqnitiv-Davranış Yanaşma Mehmet  Zihni Sungur  - Cütlük Terapiyasında Koqnitiv-Davranış Yanaşma