Üzüm və Şərab Festivalı

Tədbir haqqında

13-14 sentyabr tarixlərində Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.

2 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır. 

Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.  Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində 24 şərab brendi iştirak edəcəkdir.  Bununla yanaşı festival ərazisində sərgi, əyləncə, müxtəlif masterklas zonaları və məhşur restoranların pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar.

Avtobus bileti almış iştirakçılar üçün nəqliyyat Heydər Əliyev Mərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 11:30-da yola düşəcək.

Şamaxıdan Bakıya geri reyslər:
• 13 sentyabr — saat 20:40
• 14 sentyabr — saat 20:40

Yaş məhdudiyyəti / Dil

5+
Üzüm və Şərab Festivalı Üzüm və Şərab Festivalı