“İNSAN KAYNAKLARI LİDERLİĞİNDE YENİ DÖNEM” – İnsan mərkəzli təcrübə dizaynı
21-ci Əsr HR: Liderlikdə Yeni Dövr
İş dünyasında inqilabi yenilikləri kəşf edin!
Biz, Azərbaycan Təlim və İnkişaf Mərkəzi olaraq, dünyanın ən nüfuzlu mentor şirkətlərindən biri ilə əməkdaşlıq edərək iş dünyası və insan resursları sahəsində tamamilə yeni və yenilikçi bir layihəni Azərbaycanda ilk dəfə təqdim edirik! Türkcell, Türk Telekom, Koç Holding, UPS, Sabancı Holding, QNB Finansbank, Coca-Cola, Ford, Yemeksepeti, Hepsiburada kimi nüfuzlu şirkətlərə mentorluq etmiş şirkət komandasının mentorundan və innovativ proqramdan yararlana biləcəksiniz.
Proqramın modulları
1. 21-ci əsrdə İnsan Resurslarının gələcəyi və yeni dönəm iş həyatı
2. İş dünyasında liderliyin yeni formaları:
3. İnsan mərkəzli iş təcrübəsi dizaynı: Kimlər üçün nəzərdə tutulub?
İR menecerlər, mütəxəssislər, direktorlar
Biznes liderləri və CEO-lar, top menecerlər
Komanda rəhbərləri və menecerlər
MENTOR haqqında məlumat
Melda Güliz Ateş – CHRO məsləhətçisi, insan resursları üzrə mütəxəssis, Experience Design Lead kimi fəaliyyət göstərir və Türkiyədə ilk 100-lükdə yer alan yüksək səviyyəli şirkətlərin İR mütəxəssislərinə, menecerlərinə və baş direktorlarına mentorluq edir. Peşəkar karyerasına ING Türkiyə Müştəri Təcrübəsi və İnnovasiya İdarəetməsi komandasında başlayan Melda Güliz həyata keçirdiyi NPS REASONING – NPS Anlamlandırma layihəsi ING Global tərəfindən ən yaxşı təcrübələr sırasında yer alıb. O, BRİSA-da istehsal səmərəliliyi və optimizasiya layihələrində çalışıb. Hazırda Melda Türkcell, QNB Finansbank, Yemeksepeti, Trendyol, AKSA HOLDİNG və FORD kimi yüksək səviyyəli şirkət və qurumlara mentorluq edir.
1. Vebinarda iştirak
2. Xüsusi hazırlanmış diplom ( Makers Consunlting və Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən hazırlanmış xüsusi diplom təqdim olunacaqdır)
3. Mentor müzakirələri - Yeni dönəm iş həyatı, insan resurslarının gələcəyi
4. Sual-cavab (keyslər üzərində iş)