Dövrümüzdə artıq şirkətlər daha innovativ, yenilikçi olmağa üz tutur. Eyni zamanda şirkətin hər bir əməkdaşı bu axına qoşulmaq üçün karyera planlamasında bir sıra sıçrayışlar etməlidir. Keyfiyyətli İdarəetmə Prosesi A-dan Z-yə hər bir şəxs üçün mühüm rol oynayır. Dövlət və özəl sektorda çalışan hər bir kəs karyerasında yüksəlmək istəyirsə, “İSO 9001:2015 keyfiyyətli idarəetmə” prosesini dərindən öyrənməlidir.
Modullar:
Standartların növləri
Proses yanaşma
Keyfiyyəti idarəetmə sistemləri prinsipləri
İSO 9001-2015 tələblər
PDCA tsikli
Risk əsaslı düşüncə
Müştəriyə yönəlmə
Sənədləşdirilmiş informasiyanın hazırlanması
Uyğunsuzluqların idarə edilməsi
Daxili audit prosesi
Sonda master klassın hər bir iştirakçısı qurum tərəfindən rəsmi diplomla təltif olunacaqdır. Eyni zamanda iştirakçılar növbəti təlimlərə qoşulmağa haqq qazanacaqdır.
Master klass zamanı bütün iştirakçılara video məlumatlar, keyslər təqdim olunacaqdır.
Master klass zamanı coffee break nəzərdə tutulmuşdur
