“SİSTEMLİ KEYFİYYƏT – ISO 9001:2015 KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMLƏRİ -TƏLƏBLƏR” adlı seminar üçün qeydiyyat start götürmüşdür. İş dünyasının müxtəlif sahələrindən kis menecerlərin,rəhbərlərin,top menecerlərin,sahibkarların qoşulacacağı proqramda sizdə öz yerinizi alın. ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi dünyanın 180-dən çox ölkəsində 4 milyondan çox təşkilat sertifikat almış dünyanın ən populyar keyfiyyət idarəetmə sistemi və müəssisənin mükəmməlləşdirilməsi standartıdır.
ISO 9001-2015 Keyfiyyət İdarəetmə Sistemi müştərilərin gözləntilərinə, ehtiyaclarına və tənzimləyici tələblərinə cavab verərək müştəri məmnuniyyətini artırmağı nəzərdə tutan, dünya səviyyəli qəbul edilmiş keyfiyyət idarəetmə sistemidir.
Seminarın Mündəricatı:
Modul 1 - Keyfiyyəti idarəetmə sistemləri və onun prosesləri
Modul 2 - Proses yanaşma
Modul 3 - PDCA tsikli - planla, yerinə yetir, nəzarət et, təkmilləşdir sisteminin tətbiqi
Modul 4 - SWOT analizi - müəssisənin güclü və zəif tərəflərinin müəyyən edilməsi, imkanların və potensial təhlükələrin araşdırılması
Modul 5 - Keyfiyyət üzrə siyasətin hazırlanması
Modul 6 - İdarəetmədə liderlik
Modul 7 - Müştəri məmnuniyyətinin idarə edilməsi
Modul 8 - Risklərin qiymətləndirilməsi və idarə olunması
Modul 9 - Keyfiyyəti idarəetmə sisteminin məqsədləri və nail olunma resursları
Modul 10 - Sənədləşdirilmiş informasiyanın hazırlanması
Modul 11 - Dəyişikliklərin idarə olunması
Modul 12 - Uyğunsuzluqların idarə olunması
Modul 13 - Daxili audit prosesi
Modul 14 - Rəhbərlik tərəfindən təhlillərin aparılması
Modul 15 - Xarici auditə hazırlıq
Modul 16 - Daimi yaxşılaşdırma sisteminin hazırlanması
Təlimçi: Elnar Alıyev (ISO 9001:2015 - 10002:2018 – 22000-2018 Keyfiyyəti İdarəetmə Sistemləri və Müştəri Məmnuniyyəti sahəsində 9 ildən çox təcrübəsi olan mütəxəssis və təlimçi. “Azaflı” Hüquq və Konsultasiya Mərkəzi, “ATEF” Şirkətlər Qrupu, “Ulfanoğlu” Hüquq Bürosu ,CONNECT QSC və BAKU MEDİCAL PLAZAda fəaliyyət göstərmişdir. Hal-hazırda ŞAM-Fİ şirkətində KİS üzrə aparıcı mütəxəssis olaraq fəaliyyət göstərir. )
Proqrama nələr daxildir ?
1.Seminarda iştirak
2.Coffee break
2.Rəsmi Diplom
3.Tədris materialı ( rəsmi tərcümə)
4.SWOT təhlillər və müzakirələr