SMF 2026: Marketinqin Yeni Dövrü
Strategiya • İnnovasiya • Dəyər
Azərbaycanın marketinq nəhəngləri bir arada! 24 may tarixində Nizami Kino Mərkəzində keçiriləcək Strateji Marketinq Forumu (SMF) sektorun gələcəyini müəyyən edən 3 əsas panel çərçivəsində 500-ə yaxın peşəkarı bir araya gətirir.
Panel Mövzuları:
• Brendləşmə: Rəqabət və mövqelənmə
• Texnologiya: Data və Süni İntellekt (AI) dəstəkli marketinq
• Bazar: Real satış strategiyaları və “Markanın döyüş meydanı”
Forumun Proqramı:
• 10:00 – Qeydiyyat və açılış
• 11:00 – I Panel: Strateji brendləşmə (rəqabət və mövqelənmə)
• 12:00 – Kofe fasiləsi (networking)
• 12:30 – II Panel: Data və Süni İntellekt dəstəkli marketinq
• 13:30 – Kofe fasiləsi (networking)
• 14:00 – III Panel: Markanın döyüş meydanı (satış strategiyaları)
• 15:00 – Böyük final: Lotodron və rəsmi bağlanış
Mesaj:
Bazar amansız bir döyüş meydanıdır — və bu meydanda yalnız süni intellektlə düşünən, datanı silaha çevirən və cəsarətli strategiya quranlar qalib gəlir.
Əgər “Mən də bu oyunda varam” deyirsinizsə — arsenalınızı yeniləməyin tam vaxtıdır.
Bu forumdan sonra siz brendinizə və rəqiblərinizə tam fərqli baxacaqsınız.
Karyeranıza və biznesinizə edə biləcəyiniz ən kəskin investisiya — məhz bu biletdir.
Marketinqin yeni dövründə görüşənədək!

