

Disney kuiz
Təsvir
SHOW GALLERY-DƏ UŞAQLAR ÜÇÜN “WALT DISNEY KINO QUIZ” KEÇİRİLƏCƏK!
Show Gallery-də Azərbaycanda ilk dəfə uşaqlardan ibarət komandalar arasında Uolt Disney cizgi filmlərinə həsr olunmuş əyləncəli və intellektual *“Walt Disney Kino Quiz”* keçiriləcək.
Yarışda 6 nəfərdən ibarət 6 komanda iştirak edəcək. İştirakçılar sevimli Disney cizgi filmləri, onların qəhrəmanları, hadisələri və maraqlı detalları ilə bağlı müxtəlif sualları cavablandıraraq öz bilik və diqqətlərini sınayacaqlar.
Oyunun sonunda ən yüksək nəticə göstərən 3 komanda müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
*İştirak şərtləri:*
- Komanda sayı: 6
- Hər komandada: 6 uşaq
- Qeydiyyat haqqı: hər uşaq üçün 15 AZN
Bu yarış uşaqlara həm sevimli cizgi filmlərinin sehrli dünyasına səyahət etmək, həm yeni dostlar qazanmaq, həm də komanda ruhunu və biliklərini nümayiş etdirmək imkanı yaradacaq!
Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Disney sehrini birlikdə yaşayaq!
