Bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı

Bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı

Tədbir haqqında

Noyabrın 11-12-də Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçiriləcək.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər.

Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər.

Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında  mübarizə aparacaqlar.

 

Yarışda iştirak etmək arzusunda olan tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.

Yarış haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.

Yarış hər gün saat 12:00-da başlayacaq

Ünvan: Bakı Olimpiya İdman Kompleksi

Bakı şəh., Olimpiya küç., 7

Tel.: +99412 465 2274

 

 

 

 

11 noyabr 2022-ci il

 

12:00-12:05                 Açılış mərasimi

 

12:05-13:35                   Qrup 1 - fərdi çıxışlar

                                        Bədii gimnastika - Balacalar (2014-cü il) / Alətsiz, halqa

 

13:45-15:15                   Qrup 2 - fərdi çıxışlar

                                        Bədii gimnastika - Balacalar (2013-cü il) / Alətsiz, halqa

                                       

15:15-16:05                   Fasilə

 

16:05-17:35                   Qrup 3 - fərdi çıxışlar

                                        Bədii gimnastika - Balacalar (2012-ci il) / Alətsiz, halqa

 

17:45-18:45                   Qrup 4 - Fərdi çıxışlar

                                        Bədii gimnastika - Yeniyetmələr (2010-2011-ci il) / Halqa

 

18:55-20:00                   Qrup 5 - Fərdi çıxışlar

                                        Bədii gimnastika - Gənclər (2007-2009-cu il) / Halqa, top,

                                        Böyüklər (2006-cı il və daha böyük) / Halqa, top

 

 

12 noyabr 2022-ci il

 

12:00-12:40                   Qrup 1 - fərdi çıxışlar

                                        Bədii gimnastika- Balacalar (2014-cü il) / Top

 

12:40-12:50                   Mükafatlandırma mərasimi

                                       

12:50-13:30                   Qrup 2 - fərdi çıxışlar

                                        Bədii gimnastika - Balacalar (2013-cü il) / Top

 

13:30-13:40                   Mükafatlandırma mərasimi

 

13:40-14:30                   Fasilə

 

14:30-15:30                   Qrup 3 - fərdi çıxışlar

                                        Bədii gimnastika - Balacalar (2012-ci il) / Top

                                        Aerobika gimnastikası - Yeniyetmələr (2008-2010-cu il) / Fərdi çıxışlar

 

15:30-15:45                   Mükafatlandırma mərasimi

 

15:45-17:00                   Qrup 4 - Fərdi çıxışlar

                                        Bədii gimnastika - Yeniyetmələr (2010-2011-cü il) / Top, gürzlər

                                        Aerobika gimnastikası - Gənclər (2005-2007) / Fərdi çıxışlar, yeniyetmələr (2008-2010-cu il) / Üçlük

 

17:00-18:00                   Qrup 5 - Fərdi çıxışlar və Üçlüklər

                                         Bədii gimnastika - Yeniyetmələr (2010-2011-ci il) / Top, Gürzlər

                                        Aerobika gimnastikası - Yeniyetmələr (2008-2010-ci il) / Üçlük, qrup

 

18:00-18:15                   Mükafatlandırma mərasimi

 

18:15-19:40                   Qrup 6 - Fərdi çıxışlar

                                         Bədii gimnastika - Gənclər (2007-2009) / Gürzlər, lent,

                                         Böyüklər (2006-cı il və daha böyük) / Gürzlər, lent

 

19:40-20:00                   Mükafatlandırma mərasimi

Yaş məhdudiyyəti / Dil

5+
Bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı Bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı