III MDB Oyunları 2025: Taekvondo

Tədbir haqqında

MDB Oyunlarının keçirilməsi konsepsiyası Rusiya Federasiyası tərəfindən təklif edilib. 2018-ci il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Rəhbərləri Şurasının iclası keçirilib və plan təsdiq edilib.

Oyunlar MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq sazişinin qüvvəyə minməsi ilə yanaşı, xalqlar arasında çoxillik dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Oyunların məqsədi MDB-nin milli idman növlərini tarixi miras kimi qorumaq, onların beynəlxalq səviyyədə təbliğatı və inkişafı, sağlam həyat tərzinin təşviqi, gənclərdə müsbət fiziki və əxlaqi keyfiyyətlərin formalaşdırılması, vətənpərvərlik, məqsədlərə çatmaq əzmi, tarixə və milli ənənələrinə hörmətin aşılanması, beynəlxalq yarışlarda çıxış edən idmançıların məharətinin və təcrübəsinin təkmilləşdirilməsidir.

Taekvondo çeviklik, güc və dəqiqliyi ön plana çıxaran müasir döyüş sənətidir.

Koreyada yaranmış bu idman növü sürətli zərbələr və müdafiə texnikaları ilə seçilir. İdmançılar rəqiblərinə qarşı üstünlük qazanmaq üçün çevik hərəkətlər və strateji yanaşmalar tətbiq edirlər. Taekvondo həm yarışlarda, həm də fərdi inkişaf üçün geniş tətbiq edilir və fiziki dözümlülüyü, diqqəti və zehni gücü artırır.

Olimpiya idman növü kimi dünyada geniş yayılmışdır və ənənəvi döyüş sənəti elementlərini müasir yarış dinamikası ilə birləşdirir. Taekvondo yarışlardan əlavə, hörmət, nəzarət və əzmkarlıq kimi dəyərləri aşıladığı üçün bir idmandan daha çox, həyat tərzi hesab edilir.

  • BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.

Yaş məhdudiyyəti / Dil

6+
III MDB Oyunları 2025: Taekvondo III MDB Oyunları 2025: Taekvondo