Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandası bu dəfə qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək. Görüş xeyriyyə məqsədilə baş tutacaq. Türkiyə millisinin heyətində Erkan Kolçak Köstendil, Kubilay Aka, veteran futbolçu Hasan Kabze, Deniz Cem və digər tanınmış simalar iştirak edəcəklər.
Aprelin 4-də, saat 20:00-da Bayıl Arenada keçiriləcək yoldaşlıq görüşündən sonra Azərbaycan və Türkiyənin incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edəcəklər.

5 ₼-dan
3 ₼-dan
3 ₼-dan
7 ₼-dan
7 ₼-dan