Bədii gimnastika üzrə Dünya kuboku, AGF Trophy

Tədbir haqqında

Aprelin 19-dan 21-nədək ölkəmiz bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarışa ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında təşkil ediləcək bu növ üzrə Dünya kubokunda 47 ölkəni təmsil edəcək gimnastlar mübarizəyə qoşulacaqlar.
3 gün ərzində baş tutacaq yarışda gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.  
Bədii gimnastların rəngarəng çıxışları izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.

Yarışların başlama vaxtı:
19 aprel: 12:00
20 aprel: 12:00
21 aprel: 12:00

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə Dünya kuboku, AGF Trophy Bədii gimnastika üzrə Dünya kuboku, AGF Trophy