Sabah FK - Maccabi Haifa

Tədbir haqqında

UEFA Konfrans Liqasında Azərbaycan futbolunun "Sabah"ına dəstək ol! II təsnifat mərhələsində təmsilçimiz “Makkabi” (Hayfa) komandası ilə qarşılaşacaq. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ikinci oyunu çərçivəsində baş tutacaq matç avqustun 1-i, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.

1.    Bilet yalnız üzərində qeyd olunan tarix və vaxtda, biletdə göstərilən yerdən istifadə hüququ verir.
2.    Bilet sahibi təşkilatçının və təhlükəsizlik əməkdaşlarının təlimatlarına riayət etməlidir.
3.    Bilet tədbirin sonuna qədər saxlanılmalıdır. 
4.    Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı təqdirdə mümkündür. 
5.    İtirilən biletlər bərpa edilmir. 
6.    Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitdikdən sonra) stadiona buraxılmayacaq.

Qəti surətdə qadağan olunur:
1.    Öz yerinizə biletdə göstərilməyən qapıdan daxil olaraq keçmək. 
2.    Stadiona portfel, çanta, hər hansı bir silah növü, deşici və kəsici alətlər, qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq.

Biletdən istifadə qaydaları:
1.    Saxta bilet problemi ilə qarşılaşmamaq üçün biletləri mütləq ”iticket.az” MMC-nin kassalarından və ya ”Sabah” FK-nın bilet satışı üçün nəzərdə tutulmuş məntəqələrindən əldə edin. 
2.    Təhlükəsizliyin təmin olunması üçün öz yerlərinizi tədbirin başlanmasından 2 saat əvvəl tutmalısınız. 
3.    Bilet sahibi stadionun davranış qaydalarına əməl etməyə razıdır.

Yaş məhdudiyyəti / Dil

6+
Sabah FK - Maccabi Haifa Sabah FK - Maccabi Haifa