“TeamGym” üzrə 15-ci Avropa çempionatı

Tədbir haqqında

16 oktyabr 2024-cü il - çərşənbə

16.00 - 16.30

Açılış mərasimi

16.30 - 17.50

Təsnifat / Gənclər / Kişilərdən ibarət komandalar

17.50 - 19.10

Təsnifat / Gənclər / Qarışıq komandalar

19.30 - 21.30

Təsnifat / Gənclər / Qadınlardan ibarət komandalar

17 oktyabr 2024-cü il - cümə axşamı

12.00 - 13.40

Təsnifat / Böyüklər / Qadınlardan ibarət komandalar

14.20 - 16.25

Təsnifat / Böyüklər / Qarışıq komandalar

17.00 - 18.40

Təsnifat / Böyüklər / Kişilərdən ibarət komandalar

18 oktyabr 2024-cü il - cümə

13.00 - 14.40

Finallar / Gənclər / Kişilərdən ibarət komandalar

15.00 - 16.45

Finallar / Gənclər / Qarışıq komandalar

17.00 - 18.45

Finallar / Gənclər / Qadınlardan ibarət komandalar

19 oktyabr 2024-cü il - şənbə

12.00 - 13:45

Finallar / Böyüklər / Qadınlardan ibarət komandalar

14.00 - 15.45

Finallar / Böyüklər / Qarışıq komandalar

16.00 - 17.45

Finallar / Böyüklər / Kişilərdən ibarət komandalar

 

“SmartScoring” mükafatı - “Shooting Star”

 

Mükafatlandırma mərasimi / “All-Stars”

 

Bağlanış mərasimi

Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevriləcək. Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa  çempionatı keçiriləcək. Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları  Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğular yaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir. Sizi bu idman festivalından, yüksək titullar uğrunda mübarizədən, izləyənləri valeh edəcək canlı rəqabətdən zövq almağa dəvət edirik.

Artıq on dörd ölkənin nümayəndələri Avropa çempionatında iştirak etmək üçün qeydiyyatdan keçib. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər. Bakıya 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla ümumilikdə 498 idmançı gələcək. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək. Hər birinizi bu idman şousunu izləməyə dəvət edirik. Bu idman bayramının bir hissəsi olmaq şansını qaçırmayın.

Yaş məhdudiyyəti / Dil

0+
“TeamGym” üzrə 15-ci Avropa çempionatı “TeamGym” üzrə 15-ci Avropa çempionatı

Məkan yeri
Heydər Əliyev prospekti 178A, Bakı, Azərbaycan