Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy

Tədbir haqqında

2023-cü ili uğurla başa vuran Azərbaycan Gimnastika Federasiyası 2024-cü ilin fevral ayından etibarən beynəlxalq yarışlar mövsümünə start verir.

Federasiyanın təşkil edəcəyi ilk yarış fevralın 23-dən 25-dək ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku olacaq. Qeyd edək ki, batut gimnastikası üzrə Dünya kuboku fərdi proqramda Paris-2024-ə lisenziya xarakteri daşıyacaq.

Yarışda batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi  çıxış edəcək.  Fərdi və sinxron proqram üzrə keçiriləcək batut yarışlarında ölkəmizi qadınlar arasında təcrübəli gimnastımız Selcan Mahsudova, kişilər arasında Nicat Mirzəyev, Hüseyn Abbasov və Mehdi Əliyev təmsil edəcəklər.

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.

Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil edəcəyi yeddinci Dünya kuboku olacaq.  

Tamblinq üzrə yarışda ölkəmizi Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Bilal Qurbanov təmsil edəcəklər.

Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.

Biletlərin qiyməti təsnifat mərhələsinə 10 azn (23 fevral), yarımfinal mərhələsinə 12 azn (24 fevral), final mərhələsinə isə 15 manat (25 fevral) təşkil edir.

Yarışların başlama vaxtı:

23 fevral - 12:00

24 fevral - 12:00

25 fevral - 12:00

Yaş məhdudiyyəti / Dil

6+
Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy