İBA ÇEMPİONLARI GECƏSİ

Tədbir haqqında

Bakıda İBA ÇEMPIONLAR GECƏSİ keçiriləcək

 

Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.

 

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionumuz Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

 

İBA ÇEMPIONLAR GECƏSIndə üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.

 

Həmçinin 2024-cü ilin Avropa çempionu, 2023-cü ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı, üçqat Rusiya çempionu Vsevolod Şumkov (1-0, KO 1) 57 kq çəki dərəcəsində IBA kəməri uğrunda Bakıda döyüşəcək. Onun rəqibi 2019-cu ildə dünya və Asiya çempionu olan özbəkistanlı Mirazizbek Mirzaxalilov (4-0, KO 3) olacaq. 10 raundluq döyüş IBA ÇEMPIONLAR GECƏSI seriyasından olan turnirin əsas görüşü kimi tarixə düşəcək.

 

IBA ÇEMPIONLAR GECƏSI “İdman TV” və "Matç TV" vasitəsilə canlı yayımlanacaq. Döyüşlər saat 18:00-da start götürəcək.

Yaş məhdudiyyəti / Dil

12+
İBA ÇEMPİONLARI GECƏSİ İBA ÇEMPİONLARI GECƏSİ