ISU Figure skating Junior Grand Prix Baku

Tədbir haqqında

Buz səhnəsinin gənc ulduzları ilk dəfə Bakıda!

Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri

Bakıda keçiriləcək yeniyetmələr üzrə Qran-pri haqqında:

Fiqurlu konkisürmə sadəcə idman deyil, yaddaşlarda dərin iz buraxan hisslərin canlı ifadəsidir. Musiqi ilə hərəkətin ahəngindən doğan bu zərif rəqs sənəti hər kəsi valeh edir. Bu payız Bakıda həmin unikal atmosferin bir hissəsinə çevriləcək.

2025-ci il sentyabrın 23-dən 26-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək. Yarışların proqramı artıq təsdiqlənib – siz də uyğun tarixi seçərək gələcəyin çempionlarına tribunadan dəstək olmaq fürsətini qaçırmayın.

24 sentyabr

  • Yeniyetmələr (oğlanlar), qısa proqram: 14:00–17:30
  • Yeniyetmələr (qızlar), qısa proqram: 17:45–22:55

25 sentyabr

  • Buzüstü rəqslər, ritm rəqsi: 15:00–17:30
  • Yeniyetmələr (oğlanlar), sərbəst proqram+ Mükafatlandırma mərasimi (oğlanlar): 18:00–21:30

26 sentyabr

  • Buzüstü rəqslər, sərbəst rəqs: 12:00–14:40
  • Yeniyetmələr (qızlar), sərbəst proqram+ Mükafatlandırma mərasimi (qızlar və buzüstü rəqslər): 15:00–21:20

Payıza bürünmüş Bakının hərarəti ilə böyük idman həyəcanını birlikdə yaşayın.

Tribunalarda sərin ola bilər, tamaşaçılara üst geyimlərini gətirmələri tövsiyə olunur.

Yaş məhdudiyyəti / Dil

3+
ISU Figure skating Junior Grand Prix Baku ISU Figure skating Junior Grand Prix Baku